"Artıq sosial evlərin inşa edilməsi ilə bağlı yer Yasamal rayonu ilə razılaşdırılıb və qərar verilib. Sosial evlərin qimətləndirilməsində göstərilir ki, birinci mərhələdə 200 min ailəyə evlərin verilməsi nəzərdə tutulub". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov bildirib.
İqtisadçı-alim qeyd edib ki, sosial mənzillərə sahib olacaq vətəndaşlar hər ay üçün 150 manat ödəniş edəcəklər: "Daha dəqiq məbləğ xərclər hesablandıqdan sonra bəlli olacaq. Ancaq bütün hallarda iki otaqlı mənzillərin aylıq ödənişi təxminən 150 manat dəyərində müəyyənləşəcək. Bununla da vətəndaşlar mənzil problemlərini sosial evlər vasitəsilə həll etmiş olacaqlar".
Sosial evlərin verilmə təşəbbüsünü dəstəkləyənlərdən biri olduğunu deyən V.Bayramlı onu da əlavə edib ki, 5 ilə yaxındır ki, bu istiqamətdə tenderlərin keçirilməsi ilə bağlı fikirlərimi bildirirəm: "Sosial evlərin yaradılması çox vacibdir və ölkə başçısının bununla bağlı səsləndirdiyi fikirlər təqdirəlayiqdir. Bu ölkəmizdə mənzil təminatının genişləndirilməsi baxımından olduqca vacibdir. Sosial evlər vətəndaşlara az vəsait ödəməklə mənzil əldə etməyə imkan yaradacaq. Ölkə Prezidenti sosial evlərin yaradılması ilə bağlı siyasi iradə nümayiş etdirdi. Artıq sosial evlərin inşasına başlamaq üçün yerlər də müəyyənləşib. Bu da o deməkdir ki, 2019-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan vətəndaşları sosial evlərə sahib ola biləcəklər. Dövlətin bu istiqamətdə atdığı addımları dəstəkləyirəm. Bu həm dövlət, həm də vətəndaşlar üçün vacibdir".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...