"İran qonşu ölkələr arasında Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilib". SİA-nın məlumatına görə, bunu İranın Bakıdakı səfirliyinin ticarət attaşesi Mohammad Ebrahim Nağızadə deyib.Onun sözlərinə görə, hazırda Azərbaycan İranın 12-ci iri idxalçısıdır, bu isə Bakı-Tehran əlaqələrində rekord göstəricidir.O bildirib ki, cari ilin ilk dörd ayında(İran təqvimi ilə martın 20-dən başlayaraq) İrandan ölkəmizə ixrac 187 milyon dollar təşkil edib, ümumilikdə isə cari ildə bu rəqəm 232 milyon dollar olub. Həmçinin, cari ilin birinci rübündə Azərbaycan məhsullarının İrana ixracı da artaraq, 15 milyon dollar təşkil edib. Ticarət attaşesi İranın dərman və tibbi avadanlıqlarına yüksək tələbatın olduğunu vurğulayıb. Onun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanda İran əczaçılıq zavodu fəaliyyətə başlayacaq.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...