Oktyabrın 11-dən 13-dək Şri-Lankanın paytaxtı Kolombo şəhərində XVI Ümumdünya İxracın İnkişaf Forumu (WEDF) keçiriləcək.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları forumda iştiraka dəvət olunurlar."Uğur naminə ticarət: birləşdir, tamamla, dəyiş" mövzusunda təşkil olunacaq forum dünyanın 600-dən çox biznes təmsilçisini bir araya gətirəcək. Tədbir zamanı plenar sessiyaların, seminarların, Şri-Lanka şirkətlərinin sərgilərinin və işgüzar (B2B) görüşlərin keçirilməsi nəzərdə tutulur.Forum zamanı Şri-Lanka şirkətləri ilə işgüzar görüşlərdə iştirak etməkdə maraqlı olan tərəflər qeydiyyatdan keçməlidirlər (https://itcevents.event2mobile.com/Account/Registration).Tədbir haqqında daha ətraflı məlumatı Şri-Lanka İxracın İnkişaf Şurasının (http://www.wedf.edb.gov.lk/) və Beynəlxalq Ticarət Mərkəzinin (http://www.intracen.org/itc/events/world-export-development-forum/) internet səhifələrindən əldə etmək olar.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...