Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq Mərkəzinin Neftçala rayon şöbəsi rayon icra hakimiyyəti, idarə və müəssisələrlə birlikdə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, işsiz və işaxtaranların müvafiq işlə təmin olunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirir.Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin 8 ayında 2783 işsiz və işaxtarandan 583 nəfəri işlə təmin olunub. Ötən müddət ərzində 65 nəfərə müavinət ödənilib, 61 nəfərə isə işsiz statusu verilib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...