PDF Oxu

İqtisadiyyat

  • 46

Şamaxıda bu il 5000 tonadək kartof istehsalı gözlənilir

Şamaxıda bu il 5000 tonadək kartof istehsalı gözlənilir

Şamaxı rayonunda kartof yığımı davam edir.Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, cari mövsümdə Şamaxıda 693 hektarda kartof yetişdirilib. Bu da ötən ildəkindən çoxdur. Hazırda 469 hektardan 3013 ton kartof yığılıb. Rayonun daha çox kartof əkilən Qızmeydan, Çuxuryurd, Məlhəm və bir sıra digər ərazi vahidlərində torpaq mülkiyyətçiləri hər hektardan daha yüksək məhsul əldə edirlər.Məhsul yığımı davam edir. Rayonda bu il 5000 tona yaxın kartof istehsal ediləcəyi proqnozlaşdırılır.

AZƏRTAC

Digər xəbərlər