2017-ci ilin sonunadək Bakı-Gəncə sürət qatarının istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı-Gəncə istiqaməti üzrə qatarların sürəti saatda 100-140 kilometr təşkil edəcək.
"İstifadəyə veriləcək sürətli qatarlarda qiymət təqribən 15 manat olacaq. Sərnişinlər qatarlarda Wi-Fi sistemindən istifadə edə biləcəklər. Bakıdan Gəncəyə olan məsafəni bu qatarlarla 3,5 saata çatmaq mümkün olacaq", - deyə C.Qurbanov vurğulayıb.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...