Kürdəmir rayonunda pambıq yığımı kampaniyasına başlanılıb.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq cari ildən artıq unudulmaqda olan bu sahənin dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu mövsümdə rayonda 1911 hektar sahədə pambıq yetişdirilib. Artıq bir neçə gündür ki, məhsul yığımı kampaniyasına start verilib. Pambıq yığımına ilk günlərdə 100 nəfərədək işçi qüvvəsi cəlb olunub. Məhsul yığımına Qarasu, Şilyan, Köhünlü və bir sıra digər ərazi vahidlərində daha mütəşəkkil başlanılıb.Rayonda bir neçə gündə 16 ton məhsul toplanılıb. Fermerlər yığılan məhsulu qabaqcadan bağlanan müqaviləyə əsasən MKT MMC-nin Saatlı filialına satırlar.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...