PDF Oxu

İqtisadiyyat

  • 40

Gömrük ittifaqından ermənilərə sərf etməyən qərarNəzarət gücləndiriləcək

Gömrük ittifaqından ermənilərə sərf etməyən qərarNəzarət gücləndiriləcək

Ermənistandan və Gömrük ittifaqına üzv olan digər ölkələrdən Moskvaya qazanc əldə etməyə gedənlər Rusiya paytaxtı hökuməti tərəfindən ciddi nəzarətə götürüləcəklər. SİA xəbər verir ki, bu barədə "Qazeta.ru" yazır. Adıçəkilən nəşrə açıqlama verən Moskva regional təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə departamentinin rəhbəri Aleksey Mayorov deyib ki, hazırda paytaxt ərazisində işləyən kifayət qədər vətəndaş var ki, onlar öz işlərini patentsiz görmək hüququna malikdirlər: "Onlar xüsusilə Gömrük İttifaqına daxil olan ölkələrin vətəndaşlarıdırlar. Lakin araşdırmalarımız göstərir ki, ticarət və s. xidmət sahələrində işləyən əksər vətəndaşların müvafiq tibbi sənədləri olmur. O cümlədən, işəgötürənlər onların vergi ödəmələri üçün qeydiyyata almalarında boşluqlara yol verirlər". Moskvalı məmur bildirib ki, 2016-cı ilin sonlarında Moskvada federal səviyyədə irəli sürülmüş konkret təkliflər nəzərdən keçiriləcək.Ermənistan mətbuatı isə bununla bağlı həyacan təbili çalmağa başlayıb. Belə ki, Qərb ölkələrinə köçə bilməyən kasıb ermənilərin əksəəriyyəti qazanc dalınca məhz Moskvaa gedirlər. Xatırladaq ki, Gömrük ittifaqına Rusiya və Ermənistanla yanaşı, Belorus, Qazağıstan və Qırğızıstan daxildir.

sia.az

Digər xəbərlər