PDF Oxu

İqtisadiyyat

  • 49

Yasamal rayonun sosial-iqtisadi sahələrinin sürətlə inkişafına nail olunub

Yasamal rayonun sosial-iqtisadi sahələrinin sürətlə inkişafına nail olunub

2016-cı ilin yanvar-iyun aylarında Yasamal rayonu üzrə nəqliyyat, informasiya və rabitənin işi haqqında rayon stasika şöbəsindən "Səs"ə verilən məlumata görə, Yasamal rayonunda sənaye, tikinti, ticarət və digər sosial-iqtisadi sahələrin sürətlə inkişafına mütənasib olaraq nəqliyyat kompleksi də son illər ərzində əhəmiyyətli dərəcədə inkşaf etmişdir: "Yük və sərnişin daşınması sahəsində nəqliyyata olan tələbat ciddi şəkildə artmış, köməkçi və əlavə nəqliyyat fəaliyyətinin genişlənməsi üçün əsaslı zəmin yaranmışdır. 2016-cı ilin yanvar-iyun aylarında Yasamal rayonunun nəqliyyat sektorunda faktiki qiymətlərlə 1155509,3 min manatlıq nəqliyyat xidməti göstərilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 124,5 faiz təşkil edir. 2016-cı ilin yanvar-may aylarında nəqliyyat müəssisələrində işləyənlərin sayı 1421 nəfər təşkil etmişdir. 2016-cı ilin yanvar- iyun aylarında Yasamal rayonunda nəqliyyat sektorunda çalışan bir işçinin nominal aylıq əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 1487,5 manat olmuşdur".

Məlumatda Yasamal rayonunun sosial-iqtisadi həyatında mühüm rol oynayan aparıcı sahələrdən biri də rabitə sahəsi olduğu qeyd olunur: "Mobil telefon, sürətli poçt-kuryer, internet və informasiya texnologiyalarının digər sahələri rabitə xidmətlərinin əsasını təşkil etməklə sürətlə inkişaf edir. 2016-cı ilin yanvar-iyun aylarında Yasamal rayonunda 154 rabitə müəssisəsi fəaliyyət göstərmiş və onların fəaliyyəti nəticəsində faktiki qiymətlərlə 393397,5 min manatlıq rabitə xidməti göstərilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artmışdır. Göstərilmiş rabitə xidmətlərinin 354925,3 min manatı qeyri-dövlət rabitə müəssisələri tərəfindən həyata keçirilmişdir. 2016-cı ilin yanvar-may aylarında bu sahədə 136 özəl müəssisə fəaliyyət göstərmiş və onlar tərəfindən 354925,3 min manatlıq xidmət göstərilmişdir. 2016-ci ilin yanvar-may aylarında rabitə müəssisələrində çalışanların orta siyahı sayı 4933 nəfər, işçilərə hesablanmiş orta aylıq əmək haqqı isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 1152,6 manat təşkil etmişdir".

Qismət İsmayılov

Digər xəbərlər