Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində "Concordia" Sammiti işinə başlayıb. Sammit çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, "Concordia" və Atlantik Şurasının tərəfdaşlığı ilə "Avropanın gələcəyi" mövzusunda panel iclas keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, Atlantik Şurasının icraçı vitse-prezidenti Daymon Vilsonun sədrlik etdiyi iclasda son dövrlərdə Avropa qitəsində cərəyan edən proseslər və baş verən müxtəlifliklər müzakirə edilib. Əsas diqqət Avropada qaçqın böhranı, Böyük Britaniyanın Avropa İttifaqından çıxması, Avropada disinteqrsiya məsələlərinə ayrılıb.
Panel iclasda aparılan strateji müzakirələr 2017-ci ilin yazında Avropada təşkil olunacaq "Concordia" Sammitinin gündəliyi üçün baza rolunu oynayacaq. Müzakirələr zamanı, həmçinin, miqrasiya və qaçqınların inteqrasiyası, korrupsiya və şəffaflıq məsələləri, iqlim dəyişikliyi, enerji, ticarət, investisiya, o cümlədən "Brexit" səsverməsinin nəticələri və Avropa İttifaqının gələcəyinə dair fikir mübadiləsi aparılıb.
Müzakirələrə, həmçinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin üzvləri - Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, eləcə də, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko, BMT Baş katibliyinə namizəd, YUNESKO-nun baş direktoru İrina Bokova, YUNESKO-nun baş katibliyinə namizəd, Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç və başqaları da qatılıb.
NƏZAKƏT
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...