"Xəzərdəki "Kəpəz" yatağı ilə bağlı Azərbaycan və Türkmənistan arasında olan problem artıq gündəmdə deyil". Bunu SİA-ya açıqlamasında Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov deyib.O bildirib ki, sözügedən problem demək olar ki, danışıqlar səviyyəsində öz həllini tapıb: "Hazırda Türkmənistanla Azərbaycan arasında münasibətlər dostluq müstəvisinə yüksəlməkdədir. Ona görə də Azərbaycanla Türkmənistan arasında olan bu kimi problemlər artıq geridə qalmaqdadır".Problemi yaradan səbəblərə gəlincə ekspert bildirib ki, o zaman baş verən hadisələri geosiyasi məqam hesab etmək olar: "O zamanın geosiyasi reallıqlar nəticəsində ortaya belə bir problem çıxmışdı. Lakin bu gün Türkmənistanla Azərbaycanın mövqeyi üst-üstə düşür. Bu baxımdan düşünürəm ki, vaxtilə iki ölkə arasında olan ziddiyyətləri geridə qalmış hesab etmək olar".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...