"Tütünçülük və pambıqçılıq kənd təsərrüfatı sahəsində ən strateji məhsullardır. Bu məhsulların xaricə ixrac edilməsi sahəsində ölkəmizə böyük məbləğdə valyuta axını təmin edilə bilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib.Prezident İlham Əliyevin tütünçülüyün inkişafı ilə bağlı verdiyi sərəncamı şərh edən E.İbrahimov əlavə edib ki, dövlət başçısı pambıqçılığın, tütünçülüyün inkişaf etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub: "Bunu inkişaf etdirmək üçün də nə lazımdır? Ancaq subsidiyalar və kreditlər vermək lazımdır ki, inkişafa nail olaq. Subsidiyalar və kreditlər alan sahibkarlar da istehsalatı artıracaqlar. Elə sərəncamda da bu məsələ öz əksini tapıb. Hesab edirəm ki, digər sahələr kimi tütünçülüklə bağlı da böyük inkişafa nail olacağıq".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...