PDF Oxu

İqtisadiyyat

  • 39

Vahid Əhmədov: “Şura ölkəmizin dayanıqlı inkişafını təmin edəcək” AÇIQLAMA

Vahid Əhmədov: “Şura ölkəmizin dayanıqlı inkişafını təmin edəcək” AÇIQLAMA

Ölkə başçısının sərəncamı əsasında yaradılan komissiya və şuralar ölkəmizin inkişafında böyük əhəmiyyət kəsb edir. Dövlət rəhbərinin ötən gün imzaladığı sərəncamı əsasında yaradılacaq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası da onlardan biri olacaq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.O bildirib ki, ölkə başçısının ötən günkü sərəncamı Azərbaycanda insan amilinə üstünlük verildiyinin bariz nümunəsidir: "Ümumiyyətlə, ölkəmizdə insan amilinə üstünlük verillir. Bildiyiniz kimi, BMT-nin insan amili ilə bağlı bir sıra sənədləri var ki, onlar bizdə də qəbul olunub. Ölkə başçısının ötən gün imzaladığı sərəncam əsasında yaradılan komissiyanın əsas işi də məhz insan amili ilə bir çox məsələlərin həllinə yönələcək.Sərəncamda qeyd olunur ki, Şuranın yaradılmasında məqsəd dayanıqlılığı təşkil etmək, insanların həyat şəraitini yaxşılaşdırmaq və mövcud olan problemlərin aradan qaldırılması üçün müəyyən təkliflər işləyib hazırlamaqdır. Bura yoxsulluq, işsizlik və digər məsələlər daxil olacaq. Bu baxımdan düşünürəm ki, Şuranın fəaliyyəti ölkəmizin dayanıqlı inkişafını təmin edəcək".

sia.az

Digər xəbərlər