PDF Oxu

İqtisadiyyat

  • 209

"ABŞ Türkiyə-Rusiya əməkdaşlığına seyriçi qalmayacaq"

"ABŞ Türkiyə-Rusiya əməkdaşlığına seyriçi qalmayacaq"

"Türk axını" layihəsini imzalamaqla Türkiyə və Rusiya güclərini birləşdirdi". Bunu SİA-ya açıqlamasında Ankaradakı İldırım Bəyazit Universitetinin professoru, politoloq Salih Yılmaz deyib. Onun sözlərinə görə, bundan sonra mövcud olan bəzi problemlər zamanla aradan qalxacaq. Politoloq əlavə edib ki, Rusiya İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinə böyük nümayəndə heyəti ilə qatıldı:"Rusiyada istehsal olunmayan kənd təsərrüfatı məhsullarına tətbiq edilən embarqolar aradan qaldırıldı. Bundan başqa, Rusiya və Türkiyənin qəbul etdiyi qərara əsasən, "Akkuyu" nüvə stansiyasında itirilən 1 illik gecikmə kompensasiya edilib sürətləndiriləcək.

Rusiya Türkiyənin digər bölgələrdəki alternativləri də nəzərə alaraq təbii qazda endirimə gedərək "Türk axını" razılaşmasını imzaladı. Türk axını iki xəttdən ibarət olacaq və ümumi 31,5 milyard kubmetr həcmə sahib olacaq. Birinci xətt Türkiyədə, ikinci xətt isə Avropaya uzanacaq.

Rusiya, 2019-cu ildən sonra bitirəcəyi Ukrayna təbii qaz yoluna alternativ Türkiyə xəttini zəmanətə alaraq ABŞ-ın enerji mühasirəsini yarır".

Politoloq əlavə edib ki, "Türk axını" sayəsində Türkiyə həm satışdan pay alacaq, həm də ucuz qaz satın axacaq. Onun sözlərinə görə, "Türk axını" anlaşmasından sonra Türkiyə-Rusiya arasında böhranların baş verə biləcəyini yalnız xəyal etmək olar: "Yaxın günlərdə ABŞ-ın da gur səsini eşidə biləcəyik. Suriyaya sürpriz hücumları gözləmək lazımdır. Rusiya Türkiyə üzərindən Hələbə gedəcək humanitar yardım vasitələrini qoruyacaq. Həmçinin, Rusiya Kastillo yolunu təklif edir. Rusiya və Türkiyə başda hərbi sahələr olmaq üzrə kəşfiyyat sahəsində də əməkdaşlıq edəcək. Türkiyə ortaq silah, sənaye istehsalında qərarlıdır. Rusiya Hələbi "əl-Nusrə" ünsürlərindən təmizləməkdə israrlıdır. Türkiyə də bu məcələdə cəhd edəcək".

S.Yılmaz Rusiyanın Türkiyənin "Fırat qalxanı" hərəkatına dəstəyini təkrarlamasına diqqət çəkib. Bildirib ki, tərəflər Hələbin güvənli vəziyyətə gətirilməsi üçün ortaq qərar verdilər: "ABŞ-ın Türkiyə- Rusiya arasındakı əməkdaşlığa seyriçi qalacağını zənn etsək, yanılarıq. İlk qisasını da FETO liderindən ala bilər".

sia.az

Digər xəbərlər