Bu ilin sentyabr ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 9 min 556 yeni abonent qeydiyyata alınıb. Bunun 2 min 974-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 6 min 582-si isə regionların payına düşüb.SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 954 min 584-ə çatıb.Oktyabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 132 min 291 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 378 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...