PDF Oxu

İqtisadiyyat

  • 329

Cari ilin doqquz ayında Tovuzda sahibkarlara 6 milyon manatdan çox kredit verilib

Cari ilin doqquz ayında Tovuzda sahibkarlara 6 milyon manatdan çox kredit verilib

Cari ilin doqquz ayında Tovuzda fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı üçün 3216 nəfərə 5 milyon 961 min manat məbləğində kredit verilib.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bundan əlavə, doqquz ayda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 9 layihə üzrə 101 min 800 manat vəsait ayrılıb. Ayrılan vəsaitlərin 51 faizi kənd təsərrüfatına, 12 faizi nəqliyyat və ticarət xidmətinə, 5 faizi tikintiyə, qalanı isə digər məqsədlər üçün sərf olunub.

AZƏRTAC

Digər xəbərlər