PDF Oxu

İqtisadiyyat

  • 20

Sahələrdən 870 min tondan çox kartof yığılıb

Sahələrdən 870 min tondan çox kartof yığılıb

Yığım başlanandan oktyabr ayının 1-dək sahələrdən 870,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,6 min ton çox kartof, 1 milyon 150,3 min ton tərəvəz və 461,4 min ton bostan məhsulları toplanıb.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hektarın orta məhsuldarlığı kartof üzrə 5 sentner, tərəvəz üzrə 3 sentner, bostan məhsulları üzrə 2 sentner artıb və uyğun olaraq 141, 160 və 175 sentner təşkil edib.Cari ildə tütünün əkin sahəsinin 73,4 faiz artması tütün yarpağı istehsalının artmasına səbəb olub və qurudulmuş çəkidə 3,1 min ton tütün yarpağı yığılmaqla, keçən ilki səviyyəni 9,8 faiz üstələyib.

AZƏRTAC

Digər xəbərlər