Yevlax rayonunda pambıq yığımı davam edir.Yevlax rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, rayonda cari ilin məhsulu üçün 1415 hektar sahədə pambıq becərilib. Bu, ötən ildəkindən 457 hektar çoxdur. Bu günədək 733 hektar sahədən 2367 ton məhsul toplanaraq emal müəssisələrinə təhvil verilib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...