2016-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 8 milyard 281,4 milyon manat, xərcləri 9 milyard 348,5 milyon manat təşkil edib.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, büdcənin icrasında 1 milyard 67,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,8 faizi qədər kəsir yaranıb.Daxilolmaların 25,9 faizi əlavə dəyər vergisi, 14,4 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 9,4 faizi fiziki şəxslərin gəlir vergisi, 5,0 faizi aksizlər, 11,7 faizi digər vergilər, 33,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...