Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda cari ilin məhsulu üçün 1035 hektar sahədə pambıq becərilib və hazırda tarlalarda "ağ qızıl"ın yığımı davam edir.Tərtər rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, torpaq mülkiyyətçiləri bu günə qədər 1529,5 ton məhsul toplayıblar. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 812,5 ton və ya 2,1 dəfə çoxdur. Yığılan pambıq "MKT İstehsalat Kommersiya" MMC və "CTS Aqro" MMC-yə təhvil verilir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...