Pakistanın Ticarət və Müdafiə Sənayesi Nazirliyi Azərbaycana ixracın həcmini artırmaq niyyətindədir. SİA-nın Pakistan mətbuatına istinadən məlumatına görə, qarşıdakı beş il ərzində rəsmi İslamabad Azərbaycana ixracın həcmini 500 milyon dollara çatdırmaq üçün birgə fəaliyyət planı hazırlayıb. Ticarət naziri Xürrəm Dastgir və müdafiə sənayesi naziri Rana Tanvirin sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, Baş nazir Navaz Şərifin ötən ay Azərbaycana səfəri zamanı nazirliklərarası işçi qrupunun görüşü zamanı ölkəmizə ixracın 60 milyon dollardan 500 milyon dollara çatdırılması barədə qərar qəbul edilib. Növbəti illərdə Azərbaycana ixrac olunacaq mal və xidmətlərin genişləndirilməsi və diversifikasiyası üçün bütün mümkün vasitələrdən istifadə edilməsi vurğulanıb.
Qeyd edək ki, 2015-2016-cı illər ərzində Pakistandan Azərbaycana əsasən düyü ixracı olunub. İxracın ümumi dəyəri 60 mln. dollar, Azərbaycandan Pakistana idxalın həcmi isə 0,031 mln. dollar təşkil edib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...