PDF Oxu

İqtisadiyyat

  • 166

Bakıda "Astana EKSPO 2017" təqdim olunub

Bakıda "Astana EKSPO 2017" təqdim olunub

Bu gün Qazaxıstanın Bakıdakı səfirliyinin dəstəyi ilə "Astana EKSPO 2017" sərgisi ilə bağlı təqdimat keçirilib. SİA-nın məlumatına görə, gələn il 10 iyunda başlayıb 10 sentyabrda yekunlaşacaq sərgidə dünyanın 100 ölkəsinin, 19 beynəlxlaq təşkilatın iştirakı gözlənilir. Ziyartətçilərin sayının isə 5 milyon nəfər olacağı planlaşdırılır. Təqdimatda çıxış edən "Astana 2017" milli şirkətinin təmsilçisi Saule Bulebaeva bildirib ki, "EKSPO 2017" çərçivəsində müxtəlif sərgilər, mədəni-əyləncəli proqramlar nümayiş olunacaq. O, MDB ölkələri arasında ilk dəfədir belə bir tədbirin təşkil edildiyini deyib və sərginin əhəmiyyətini vurğulayıb. Həmçinin, bu tədbir vasitəsilə Qazaxıstana gələn turistlərin sayının artacağına ümid etdiyini bildirib: "Milan EKSPO" dünyada ən çox turist cəlb edən sərgidir, bura 22 milyon turist baş çəkib. Bizim də məqsədimiz bu sərgi vasitəsilə daha çox turist cəlb etməkdir.

Onun sözlərinə görə, sərgi çərçivəsində hər bir ölkə öz milli gününü qeyd edə, mədəni proqramla çıxış edə biləcək: "Azərbaycanı da bu sərgidə aktiv iştiraka, öz milli gününü qeyd etməyə çağırırıq".

Daha sonra videogötüntü vasitəsilə sərgiyə hazırlıqlar təqdim olunub.

sia.az

Digər xəbərlər