PDF Oxu

İqtisadiyyat

  • 986

İstehlak mallarının ekspertizası beynəlxalq standartlara uyğun şəkildə aparılır

İstehlak mallarının ekspertizası beynəlxalq standartlara uyğun şəkildə aparılır

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən "İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət diqqət mərkəzində saxlanılır. Cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

"İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətindən bildirilib ki, 2016-cı ilin ilk 10 ayı ərzində 879 halda hüquqi və 1224 halda fiziki şəxslər tərəfindən daxil olmuş 121 mal çeşidini əhatə edən 2103 halda mal nümunəsi laboratoriya analizindən keçirilib və 2375 halda səyyari laboratoriya təhlilləri aparılıb: "Aparılmış laboratoriya təhlilləri 1480 yerli istehsal və 623 idxal məhsulunu əhatə edib. Nəticədə, 2085 halda məhsulun keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 18 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib. Məhsulların keyfiyyətində yaranmış nöqsanların aradan qaldırılması üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb".

Məlumatda bildirilir ki, "İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida-Sınaq Laboratoriyasının İSO 17025 standartı üzrə beynəlxalq akkreditasiyasının aparılması üçün Latviya Respublikasının beynəlxalq akkreditasiya orqanı olan LATAK-la müqavilənin bağlanması təmin edilib: "Bağlanmış müqaviləyə əsasən, "İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida-Sınaq Laboratoriyasının İSO 17025 standartı üzrə beynəlxalq akkreditasiyası istiqamətində yekun audit yoxlamaları keçirilib, LATAK-T- 492-00-2014 nömrəsi ilə qeydiyyata alınıb və İSO/İEC 17025:2005 standartı üzrə akkreditasiya sertifikatlaşdırılıb".

Hazırda "İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida-Sınaq Laboratoriyasında kimyəvi və mikrobioloji laboratoriya təhlilləri üzrə Türkiyə Respublikasının "KarmaLab" şirkətindən dəvət olunmuş mütəxəssislər tərəfindən təkmilləşdirmə kursları keçirilir. 2016-cı ilin 19-25 noyabr tarixlərində keçirilən kurslar bu gün başa çatır. Sonda laboratoriya əməkdaşlarına sertifikatlar təqdim olunacaq.

Samir

Digər xəbərlər