Azərbaycan regionda elektron ticarət mərkəzinə çevrilməyi nəzərdə tutub". SİA-nın məlumatına görə, bunu noyabrın 29- da Bakıda öz işinə başlayacaq 22-ci Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları - Bakutel 2016" sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. O bildirib ki, hazırda Çin elektron ticarət üzrə dünya nəhəngi hesab edilir: "Çindən məhsulların Azərbaycana gətirilib, buradan digər zəruri istiqamətlərə çatdırılması nəzərdə tutulub. Artıq ilk belə bir sınaq həyata keçirilib və bu təcrübə çox uğurlu olub. Bu layihə "Silkway" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdırılıb".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...