"Mənə elə gəlir ki, 2017-ci ildə neftin dünya bazarında qiyməti orta hesabla 45-50 dollar səviyyəsində olacaq. Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsində neftin qiyməti 40 dollar səviyyəsində götürülüb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Millət vəkili hesab edir ki, 2017-ci ildə neftin qiymətində sıçrayışlar ola bilər: "ABŞ-ın yeni prezidenti Donald Trampın da elan etdiyi kimi neftin istehsalının güclənidiirilməsi və iş yerlərinin yaranması neftin qiymətinə təsir edə bilər. Bundan başqa İran və İraqın neft ixrac edən dövlətlərlə ümumi razılığa gəlməməsi neftin qiymətində müəyyən qədər təsir edə bilər". Neftin qiymətindəki dəyişikliklə əlaqədar 2017-ci ilin büdcəsinə yenidən baxılması məsələsinə gəlincə, V.Əhmədov buna ehtiyac olmadığını dilə gətirib. Onun sözlərinə görə, çünki neftdən gələn gəlirlər əsasən Dövlət Neft Donduna yığılır və bundan sonra dövlət büdcəsinə transfer edilir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...