PDF Oxu

İqtisadiyyat

  • 122

Nazir: "Makroiqtisadi sabitliyin qorunması əsas hədəflərdəndir"

Nazir: "Makroiqtisadi sabitliyin qorunması əsas hədəflərdəndir"

"2017-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2017-2020-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb". SİA-nın xəbərinə görə, bunu maliyə naziri Samir Şərifov Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı deyib. O bildirib ki, 2017-ci ilin dövlət büdcəsində sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bəyan edib.Maliyyə nazirinin sözlərinə görə, bu ilin sonuna Azərbaycanda 58 mlrd. manatlıq ÜDM istehsalı gözlənilir: "Bu ilin sonuna iqtisadiyyatın 2,8%-lik böhrana məruz qalacağı gözlənilir. Bu il qlobal iqtisadiyyatda baş verən proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində müvafiq tədbirlər görülür. Cari ildə görülən tədbirlərin 2017-ci ildə də davam etdirilməsi və genişləndirilməsi, ünvanlılıq və səmərəliliyin artırılması, yeni çağırışlara baxmayaraq makroiqtisadi sabitliyin qorunması əsas hədəflərdəndir".

sia.az

Digər xəbərlər