Dekabrın 1-də Bakıda Azərbaycan-Türkiyə İKT üzrə işgüzar görüş keçirilir. Tədbir Türkiyənin İKT sahəsində fəaliyyət göstərən 12 nüfuzlu şirkətdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil olunub.SIA-nın məlumatına görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev bildirib ki, Azərbaycan ilə Türkiyə arasında İKT, xüsusən də yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi vacibdir. İKT şirkətlərimiz birləşərək birgə tərəfdaşlıq vasitəsilə beynəlxalq bazarlarda qarşılıqlı faydalı layihələr həyata keçirə bilərlər.Tədbirdə "Startap Azərbaycan" yarışmasının qalibi olmuş gənc startapçıların təqdimatı keçiriləcək.İşgüzar görüş Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, AZPROMO və Türkiyənin Elektro-Texnologiya Təşkilatının (TET) dəstəyi ilə baş tutub.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...