PDF Oxu

İqtisadiyyat

  • 148

Əmanətçilərə 712,5 mln. manat kompensasiya ödənilib

Əmanətçilərə 712,5 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. Fonddan SİA-ya verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 712,497 mln. manat ödənilib.Belə ki, "Parabank" ASC-nin qorunan əmanətçiləri 42,87 mln. manat, "Zaminbank" ASC - 52,369 mln. manat, "Kredobank" ASC - 27,192 mln. manat, "Dekabank" ASC - 3,021 mln. manat, "Atrabank" ASC - 14,226 mln. manat, "Qafqaz İnkişaf Bankı" ASC - 1,928 mln. manat, "Bank of Azerbaijan" ASC - 24,148 mln. manat, "Gəncəbank" ASC - 975 min manat, "Texnikabank" ASC - 120,099 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 425,669 mln. manat kompensasiya alıblar.

sia.az

Digər xəbərlər