Bir vaxtlar Azərbaycanda kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlətimizin başçısının tapşırığına əsasən, ardıcıl tədbirlər həyata keçirilir. SİA-ya rayon kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev bildirib ki, Lənkəran rayonunda da baramaçılığın yenidən dirçəldilməsi istiqamətində mühüm işlər görülür.
Qeyd edilib ki, 1991-ci ildə Lənkəranda 49 ton barama istehsal olunub. Sonrakı illərdə bu gəlirli sahə tamamilə unululub. Prezident İlham Əliyevin ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən, bu ildən Lənkəran rayonunda da bu sahəyə ciddi diqqət göstərilir. Çindən ölkəmizə gətirilmiş tinglərdən yeni tut bağlarının salınır, köhnə bağlarda bərpa işləri aparılır. Bu il rayonda 40 min tut tinginin əkilməsi nəzərdə tutulur. Əkin aparılacaq sahələrdə şumlama, hamarlama işləri başa çatdırılıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...