PDF Oxu

İqtisadiyyat

  • 297

"Strateji yol xəritələri qeyri-neft sektorunun inkişafına təkan verəcək" MÖVQE

"Strateji yol xəritələri qeyri-neft sektorunun inkişafına təkan verəcək" MÖVQE

"Azərbaycan Prezidenti İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman"ı milli iqtisadiyyatımızın inkişaf istiqamətlərinin müəyyən edilməsində vacib rol oynayır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, millət vəkili Kamran Nəbizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının strateji yol xəritələri qeyri-neft sektorunun sürətli inkişafına təkan verəcək: "Hələ ilin əvvəlində cənab Prezident Azərbaycan iqtisadiyyatının gələcək illərdə inkişafı proqramını açıqlamışdı. Orada xüsusilə vurğulanır ki, qeyri-neft sektoru prioritet xarakter daşıyır. Bu gün Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi müzakirə olunur. Bu müzakirələr zamanı da vurğulanıb ki, gələn il Azərbaycanın sırf qeyri-neft sektorunun inkişafında gəlirlərin həcmində artım nəzərdə tutulub. Cənab Prezidentin sözügedən fərmanı büdcə müzakirələri ilə eyni vaxta təsadüf edib. Bu isə çox əhəmiyyətlidir".

Deputat əlavə edib ki, əslində, bu sahədə 2016-cı ildə də ciddi işlər görülüb: "Azərbaycanda kənd təsərrüfatı, turizm, tikinti, informasiya komunukasiya texnologiyaları və digər qeyri-neft sahələrində xeyli inkişaf əldə olunb. Biz bütün bunların nəticəsini 2017-ci ildə daha yaxşı görə biləcəyik. Ona görə də mən büdcə müzakirələri zamanı bildirdim ki, Azərbaycanın iqtisadi inkişafına optimist olaraq baxıram. İnşallah bütün bu addımların hər biri 2017-ci ildə öz nəticələrini verəcək. Digər istehsalla bağlı sahələrdə görülən işlər isə öz nəticələrini bir-iki ilə deyil, 2018-2019-cu illərdən sonra göstərəcək".

sia.az

Digər xəbərlər