Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün xərcləri 3,4 milyard manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisindən 248 milyon manat və ya 8 faiz çoxdur.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli məclisin dekabrın 8-də keçirilən plenar iclasında məlumat verib.
O bildirib ki, bu artım üzrə xərc istiqamətləri üçün əmək pensiyaları üzrə xərclərə 229 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə 5,6 milyon manat, digər xərclərə 13,4 milyon manat artımın yönəldiləcəyi nəzərdə tutulur.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...