"Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə süni qiymət artımını aradan qaldırmaq üçün tədbirlər görür". SİA-nın məlumatına görə, bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli qurumun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.Onun sözlərinə görə, Agentlik bu məsələ ilə bağlı müəyyən qurumlarla danışıqlara başlayıb: "Artıq müəyyən qurumlara təkliflər göndərilib. Bakı Nəqliyyat Agentliyində vahid taksi tarifi müəyyən ediləcək. Bundan sonra taksi şirkətlərinə göndəriləcək. Bu tarif müəyyən ediləndən sonra taksilərdə süni qiymət artımının qarşısı tam alınacaq".V.Kərimli həmşinin bildirib ki, Bakıda fəaliyyət göstərən marşrut sahibləri marşrutlarına sürücü seçmək hüququndan məhrum ediləcək: "BNA tərəfindən bununla bağlı vahid sistem yaradılacaq. Bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət göndərilib. Bakı Nəqliyyat Agentliyində Vahid Sürücü Sistemi yaradılacaq. Sürücülər müsabiqədər keçəndən sonra standartlara cavab verərsə, həmin sürücünün məlumatı vahid sistemə əlavə ediləcək. Marşrut avtobuslarına sürücülər də həmin sistemdən seçiləcək. Marşrut sahibi artıq özü sürücü təyin edə bilməyəcək".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...