2016-cı ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 157 milyon manatdan çox güzəştli kredit verilib. Bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
Ş.Abdullayev qeyd edib ki, bu kreditlər sahibkarlıq subyektlərinin 2400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə yönəlib.
"Bu investisiya layihələrinin reallaşdırılması 7700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir"- deyə, Ş.Abdullayev vurğulayıb.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...