PDF Oxu

İqtisadiyyat

  • 265

Elektrik avadanlıqlarının istehsal həcmi artıb Komitə

Elektrik avadanlıqlarının istehsal həcmi artıb Komitə

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kompüter və digər elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 147,8 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki illə müqayisədə kompüter və digər elektron məhsulların istehsalı 10,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 3,2 dəfə artıb.Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, son 11 ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların istifadəsi və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 2 dəfə artıb.Məişət soyuducularının istehsalı 27,9 faiz, 1 kilovoltdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 91,2 faiz azalıb. Bu dövrdə qəbuledici qurğuları olmayan 10,2 min radio və televiziya verilişləri aparatı, 103 ədəd məlumatın saxlanılması üçün mərkəzi vahid, 120 ədəd dəyişən cərəyanla işləyən generator istehsal edilib.

sia.az

Digər xəbərlər