Zaqatala rayonunun təsərrüfatlarında 2017-ci ilin mövsümü üçün payızlıq taxıl səpini başa çatıb. Kampaniya dövründə fermerlər 10 min 811 hektar sahəyə toxum səpiblər.Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.Taxıl əkinlərinin 7 min 465 hektarını buğda, 3 min 346 hektarını isə arpa sahələri təşkil edir.Xatırladaq ki, zaqatalalı fermerlər builki mövsümdə taxıl sahələrindən 38 min tona yaxın məhsul götürüblər.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...