"Ukrtatnafta" Publik Səhmdar Cəmiyyəti (PSC) yüngül Azərbaycan neftini emal üçün qəbul etməyə hazırlaşır. "AzeriLIGHT " markalı neftin 80 min ton miqdarında partiyası dekabr ayının son günlərində Ukraynaya gətirilib və emal edilməsi üçün Kremençuq neft emalı zavoduna (NEZ) göndəriləcək.
Şirkətin mətbuat xidmətindən bildiriblər ki, 2017-ci ildə "Ukrtatnafta" PSC üçün neft təchizatının ümumi həcmini bütövlükdə 1,3 milyon tona çatdırmaq planlaşdırılır.
Şirkətin məlumatında deyilir ki, bu layihənin icrası Azərbaycan ilə Ukrayna prezidentləri arasında Ukrayna NEZ-lərinin neftlə təchizatının bərpasına dair razılaşma sayəsində mümkün olub.
Xam neftin tədarükçüsü Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti – SOCAR-dır.
Məlumatda deyilir: "Layihənin həyata keçirilməsi sayəsində təkcə Kremençuq NEZ-in işi çoxalmayacaq, "Ukrtransnafta" ASC neft kəmərləri sistemi ilə neftin vurulmasının həcmi də artacaq. Bütün bunlar Ukrayna iqtisadiyyatının inkişafına və dövlət büdcəsinə vergi daxilolmalarının artmasına şərait yaradacaq. "Ukrtatnafta" PSC Kremençuq NEZ-i tərkibində kükürdün miqdarının az olduğu xam neftlə təchiz etməklə və müasir texnologiyalardan istifadə etməklə, yüksəkkeyfiyyətli neft məhsullarının istehsalını genişləndirməyi və "Avro-5" standartı parametrlərinə uyğun yanacaq istehsalına tam keçməyi planlaşdırır".
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...