PDF Oxu

İqtisadiyyat

  • 120

Azərbaycan indiyədək AÇG-dən 232 milyon tonadək mənfəət nefti əldə edib

Azərbaycan indiyədək AÇG-dən 232 milyon tonadək mənfəət nefti əldə edib

Artıq 18 ildir ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2017-ci il yanvar ayının 1-dək dünya bazarında Azərbaycanın payına düşən 231,8 milyon ton mənfəət nefti satılıb.SİA-nın verdiyi məlumata görə, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib. Akademik qeyd edib ki, mənfəət neftinin həcmi ilbəil artır. 2016-cı ildə dünya bazarında satılmış 32,7 milyon ton neftin 19,3 milyon tonu, yəni 59 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub.

sia.az

Digər xəbərlər