"2016-cı il öncədən proqnozlaşdırıldığı kimi heç də asan il olmadı. 2015-ci ilin sonunda Azərbaycan Prezidenti öz çıxışında neftin dünya bazarında ucuzlaşması ilə əlaqədar 2016-cı ilin asan il olmayacağını bəyan etmişdi. Bu baxımdan 2016-cı ilin sonuna doğru neftin dünya bazarında qiyməti stabilləşsə də, yenə də neftin dünya bazarında qiyməti aşağı olaraq qalır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.O bildirib ki, 2016-cı ildə ölkə başçısı tərəfindən strateji yol xəritəsinin, eləcə də 11 strategiya üzrə sənədlərin hazırlanması və dövlət başçısı tərəfindən həmin sənədlərin təsdiqi nəticə etibarı ilə 2017-ci ildə həyata keçiriləcək islahatların istiqamətləri müəyyənləşdirməyə imkan verdi. 2016-cı ildə təsdiq edilən sənəd və strategiyalar artıq post-neft dövrü olan Azərbaycanda iqtisadi islahatların prioritetlərini müəyyənləşdirməyə imkan verdi, şərait yaradı. Bu baxımdan 2016-cı il xüsusən 2017-ci il və növbəti illərdə iqtisadi islahatların aparılması baxımından məhz yeni post-neft dövrünün çağırışlarına uyğun olaraq hüququ bazanın formalaşdırılması, iqtisadi islahatlar strategiyasının müəyyənləşdirilməsi baxımından vacib oldu. Bu sənədlərdə nəzərdə tutulanların həyata keçirilməsi, birmənalı şəkildə iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı baxımından vacib hesab edilir. Bu kontekstdən 2016-cı ili strateji hədəflərin müəyyənləşdirilməsi baxımından vacib il oldu. Növbəti illərdə də əsas məqsəd strateji hədəflərdən çıxış edərək Azərbaycan iqtisadiyyatının şaxələnməsi və neftdən asılılığın mərhələli şəkildə aradan qaldırılması olacaq".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...