Ötən ilin sentyabrında Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur.AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev nazirliyin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclasında məlumat verib.Nazir vurğulayıb ki, Mingəçevir Sənaye Parkında yerləşən zavodlar üçün xammal bazası yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaq.Şahin Mustafayev, həmçinin bildirib ki, Azərbaycanda alüminium sənayesinin inkişafı üçün kompleks tədbirlər də hazırlanıb və Gəncədə bu sahə üzrə sənaye parkının yaradılması imkanları araşdırılır.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...