PDF Oxu

İqtisadiyyat

  • 488

Qobustanda taxıl əkini sahələri 1124 hektar artırılıb

Qobustanda taxıl əkini sahələri 1124 hektar artırılıb

Qobustan fermerləri mühüm strateji məhsul olan taxılçılığın inkişafına böyük maraq göstərirlər və təsadüfi deyildir ki, cari ilin məhsulu üçün əkin sahələrinə 1124 hektar əlavə torpaq sahələri cəlb olunub.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bölgədə 16 min 647 hektarı buğda olmaqla, 25 min 749 hektar sahədə taxıl əkilib. Təkcə Ərəbqədim ərazi vahidində əkin sahələri 635 hektar artırılıb. Qurbançı, Şıxzahirli və bir sıra digər ərazilərdə də fermerlər taxıl əkinlərinə xeyli əlavə torpaq sahələri cəlb ediblər.Hazırda sahələrdə zərərvericilərə, xüsusilə gəmiricilərə qarşı ciddi mübarizə tədbirləri aparılır.

AZƏRTAC

Digər xəbərlər