Dünya bazarında qiymətli metalların qiymətində dəyişiklik qeydə alınıb. SİA-nın xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 0,70 dollar bahalaşaraq 1 198,50 dollara, gümüş isə 0,03 dollar ucuzlaşaraq 16,95 dollara satılıb. Amerika fond bazarında Dow Jones indeksi 0,78% - 20 068,51 bəndədək, S&P 500 0,80% - 2 298,37 bəndədək, NASDAQ 0,99% - 5 656,34 bəndədək bahalaşıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,20% - 7 164,43 bəndədək, Almaniya DAX-ı 1,82% - 11 806,05 bəndədək, Fransa CAC-40-ı isə 0,99% - 4 877,67 bəndədək artıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...