"Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamın həm tarixi, həm hərbi, həm psixoloji əhəmiyyəti var. Bu bir daha sübut edir ki, Azərbaycan dövləti heç zaman erməni işğalı, ölkəmizin ərazilərinin işğalına təhrik edənlərlə barışmayacaq". Bunu SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, professor, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhrəmov deyib.Onun sözlərinə görə, sözügedən Sərəncam həm ölkəmizdə, həm də ölkədən kənarda yaşayan azərbaycanlıların torpaqlarımızın geri qaytarılması ilə bağlı inamını daha da möhkəmləndirdir: "Sərəncam ölkəmizin güclü olduğu faktını bir daha sübut etməklə yanaşı, torpaqlarımızın geri qaytarılması istiqamətində tarixi addımdır. Bu baxımdan ölkə başçısının addımı yüksək qiymətləndirilməlidir".C. Bəhrəmov qeyd edib ki, Azərbaycan Prezidentinin də dəfələrlə söylədiyi kimi biz təkcə Dağlıq Qarabağa deyil, tarixi torpaqlarımız olan Zəngəzura, İrəvan daxil olmaqla bütün Qərbi Azərbaycan torpaqlarına qayıdacağıq: "Bu bizim tarixi hüququmuz, haqqımız olmaqla yanaşı, xalqımızın istəyinin ifadəsidir".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...