PDF Oxu

İqtisadiyyat

  • 176

UNEC-də beynəlxalq iqtisadi konfrans keçirilir

UNEC-də beynəlxalq iqtisadi konfrans keçirilir

"İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri"

Bu gün Dövlət İqtisadiyyat Universitetində (UNEC) "İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri" adlı elmi-praktiki konfransın açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, üç gündən sonra müstəqil Azərbaycanın Gömrük Xidmətinin yaradılmasının 24 illiyi qeyd ediləcək: "Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən başlayaraq diqqət gömrük kadrlarının hazırlanmasına yönəldi. Gömrük orqanlarının fəaliyyəti üçün prioritetlər müəyyənləşdirildi. Bunlardan da ilk sırada kadr potensialının artırılmasıdır. Peşəkar kadrların hazırlanması və onların səviyyəsinin artırılması bizim üçün ən vacib məsələdir".A.Əliyev Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyət göstərdiyini bildirib və əlavə edib ki, bu təhsil ocağı peşəkar kadrların hazırlanmasında mühüm rola malikdir. Komitə sədri çıxışının sonunda Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyaya döş nişanı təqdim edib.Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya çıxış edərək bildirib ki, belə bir mötəbər konfransın çox tanınmış Universitetdə keçirilməsi gömrüyə verilən dəyəri göstərir: "Qlobal iqtisadiyyatın inkişafı texnoloji dəstəkdən asılıdır. Eləcə də gələcək iqtisadi inkişaf üçün rəqəmsal gömrüyə dəstək veririk".Daha sonra Milli Məclisin sədr müavini Ziyafət Əsgərov çıxış edərək ölkəmizin iqtisadi inkişafından söz açaraq bildirib ki, dünyada gedən proseslərə baxmayaraq, Azərbaycan bu çətin prosesi uğurla keçə bilir.Millət vəkili Ziyad Səmədzadə ölkəmizin iqtisadi potensialından bəhs edib.Qeyd edək ki, konfrans iki panel üzrə davam edəcək.

sia.az

Digər xəbərlər