PDF Oxu

İqtisadiyyat

  • 322

Neft Daşlarında İriləşdirilmiş Seperasiya Qurğusu tikiləcək

Neft Daşlarında İriləşdirilmiş Seperasiya Qurğusu tikiləcək

SOCAR-ın "Azneft" İstehsalat Birliyinin (İB) sifarişi ilə "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında "Neft Daşları" yatağında "Neftqaztikinti" Tresti tərəfindən yeni İriləşdirilmiş Seperasiya Qurğusu inşa olunacaq.SİA-nın verdiyi məlumata görə, "28 May" adına neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar edəcəyi nəzərdə tutulan bu qurğu yeni inşa olunacaq estakadayanı meydança üzərində yerləşdiriləcək. Qurğunun texnoloji parametrlərinə fasiləsiz nəzarətin təmin edilməsi məqsədilə nəzarət ölçü cihazları, eyni zamanda, avtomatika və yanğından mühafizə sistemləri, drenaj bloku, bütün digər zəruri texnoloji avadanlıqlar quraşdırılacaq, neft, qaz və texniki su xətləri çəkilərək mövcud sistemlə əlaqələndiriləcək.İriləşdirilmiş Seperasiya Qurğusu sutkada 13 min kubmetr neft, 3 min 500 kubmetr suyu, həmçinin 100 min kubmetrədək qazı qəbul etmək gücünə malik olacaq.

sia.az

Digər xəbərlər