"Cənub Qaz Dəhlizi Bakı-Tbilisi-Ceyhan kəmərinə bərabər bir layihədir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O xatırladıb ki, Azərbaycan ilk vaxtlar Avropa ölkələrinə 10 milyard kub metr, Şahdəniz-2 layihəsi işə düşəndən sonra 30 milyard kub metr qaz ötürəcək: "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının" icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident bu layihənin əhəmiyyətinə roxundu və çox düzgün fikirlər səsləndirdi. Cənub Qaz Dəhlizi ölkəmizə çox böyük gəlir gətirəcək. Azərbaycanın büdcə gəlirlərini 70-80 fazi artıracaq. Ona görə də biz bu qaz layihələrinə böyük ümid bəsləyirk. Əminik ki, onların işə düşməsi ilə Azərbaycanın büdcəsində gəlirləri çoxalacaq, həm də ölkə daxilində bir sıra digər layihələri maliyyələşdirmək üçün imkanlar əldə olunacaq". Politoloq əlavə edib ki, bu qaz kəməri layihəsi az qala neft qədər gəlirli və Azərbaycana sərmayə gətirə biləcək iri bir layihədir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...