PDF Oxu

İqtisadiyyat

  • 351

"OPEC-ə daxil olan ölkələr neftin bahalaşmasının tərəfdarı deyillər" EKSPERT RƏYİ

"OPEC-ə daxil olan ölkələr neftin bahalaşmasının tərəfdarı deyillər" EKSPERT RƏYİ

"OPEC-in hazırda istifadə etdiyi üsul ənənəvidir. OPEC neft hasilatının azaldılması ilə qiymətlərin bahalaşması üsulundan 1970-ci ildə də istifadə edib. Lakin OPEC-in daha sonrakı, xüsusilə də 1985-ci ildəki davranışına diqqət etsək görərik ki, həmin dövrdə demək olar ki, OPEC üzvləri arasında hər hansı bağ qalmamışdı və onlar bir-birindən narazı şəkildə neft hasilatını artırdılar. Ümumiyyətlə, neft bazarında növbəti dövr üçün qərar qəbul etmə də öz əhəmiyyətini kifayət qədər itirdi. Sonra isə OPEC-in davranışları göstərdi ki, heç də hasilatın azaldılması yolu ilə neft qiymətlərinin kəskin artırılmasına nail olmaq doğru yanaşmalardan deyil. Çünki, məhz 1970-ci illərdə neftin qiymətinin dəfələrlə artması, daha sonra 1990-cı illərdə dəfələrlə ucuzlaşmasına gətirib çıxardı". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.Onun sözlərinə görə, bu gün OPEC yenə analoji vəziyyətlə üzləşib: "Bu gün baş verənlərdə əsas problem texnologiyanın sürətli inkişafı nəticəsində şist neftinin maya dəyərinin azalmasıdır. Bu isə təbii ki, bazarda rəqabət mühitinin sərtləşməsinə gətirib çıxarıb. Bu gün OPEC-in hasilatın azaldılması ilə bağlı qərarı neftin qiymətinə müəyyən təsirini göstərib. Bu qərara qədər neftin bir barelə görə qiyməti təxminən 45 dollar ətrafında idisə, hazırda bu qiymət 55 dolların üzərindədir. Bu müsbət nəticədir. Mən düşünmürəm ki, OPEC və OPEC-ə daxil olan ölkələr qiymətin bundan yuxarı olmasının tərəfdardırlar. Çünki hər kəsə məlumdur ki, hazırda neftin qiymətinin 50 dollar üzərində olması, ABŞ, eləcə də digər dövlətlərin şist neft sənayesində investisiyanın həcmini sürətlə artımına və neft hasilatının OPEC iradəsindən kənarda sürətlə çoxalmasına gətirib çıxara bilər. Müxtəlif hesablamalara görə, il ərzində hazırkı qiymətlərlə ABŞ istehsalçıları gündəlik bazara 2 milyon barel əlavə neft təşkil etmək gücündədirlər. Bu isə o deməkdir ki, OPEC və qeyri-OPEC ölkələri arasında əldə olunan razılıq nəticəsində 1.8 milyon barel neft hasilatının azaldılması bir gün sonra ABŞ istehsalçıları tərəfindən kompensasiya olunur və bazarda yenə də təklif artıqlığı yaranır. Bu baxımdan qızıl qiymətin tapılması tarazlıq yerində dayanmadığı üçün çox mürəkkəb məsələdir".R. Həsənov qeyd edib ki, bu günlərdə Çinin növbəti 15 il ərzində öz enerji tələbatının demək olar ki 50 faizini alternativ enerjiyə keçirəcəyi ilə bağlı mesajları da neftin qiymətinə təsir edəcək: "Bu baxımdan düşünmürəm ki, yaxın gələcəkdə neftin qiyməti hər hansı fors major hadisələr, təbii fəlakətlər, qlobal müharibələr baş verməsə, kəskin şəkildə bahalaşsın. Bu bahalaşmanı tələb edən ciddi səbəblər yoxdur".

sia.az

Digər xəbərlər