PDF Oxu

İqtisadiyyat

  • 77

"Səfər qeyri-neft-sektorunda yeni əməkdaşlıqlar formalaşdıracaq" ŞƏRH

"Səfər qeyri-neft-sektorunda yeni əməkdaşlıqlar formalaşdıracaq" ŞƏRH

"Azərbaycan Prezidentinin Brüsselə səfəri Azərbaycan və Aİ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından olduqca vacib, əhəmiyyətli səfər kimi qiymətləndirilməlidir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Səfər zamanı keçirilən görüşlərdə fərqli məsələlərin müzakirə olunduğunu deyən ekspert burada iqtisadi əlaqələrin genişləndirilməsi, qeyri neft sektoruna xarici investisyanın cəlb edilməsi, enerji sahəsində əməkdaşlıq məsələlərinə xüsusi yer ayrıldığını dilə gətirib.Onun sözlərinə görə, Avropa İttifaqı ölkəmizdə qeyri neft-sektorunun inkişafında əsas investorlardan biri kimi çıxış etmək imkanına malikdir: "Çünki Avropa Birliyi maliyyə resursları baxımından kifayət qədər potensiala malikdir. Bu baxımdan Ölkə başçısının bu səfərini Azərbaycanla Avropa İttifaqı arasında xüsusilə də iqtisadi sahədə yeni mərhələnin başlanması kimi qiymətləndirmək olar. Səfər həmçinin tərəflər arasında qeyri-neft -sektorunda yeni əməkdaşlıqların formalaşmasına gətirib çıxaracaq". "Azərbaycan mövcud balanslı xarici siyasət çərçivəsində həm də Avropa İttifaqı ilə qonşuluq münasibətlərini genişləndirməkdə maraqlıdır: " Avropa Komissiyasının yanvarın 30-da Azərbaycana səfəri zamanı burada keçirdikləri yüksək səviyyəli görüşlərdə də ölkəmizin Avropa İttifaqı ilə iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdi. Artıq Azərbaycan Avropa Birliyi ilə yeni əməkdaşlıq sazişinin hazırlanması, işlənməsi üzərində müzakirələri intensivləşdirib və yeni sazişin ilkin versiyasının hazırlanması yaxın zamanlarda başa çatdırılacağı güman olunur. Hər iki tərəf bununla bağlı öz siyasi iradəsini ortaya qoyub. Bu da ondan xəbər verir ki, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaş olaraq əlaqələrin genişləndirilməsində maraqlıdır"- deyə, V. Bayramov qeyd edib.Hər iki tərəfin əməkdaşlıqda maraqlı olduğunu deyən ekspert vurğulayıb ki, Cənubi Qaz Dəhlizi bir başa Avropa İttifaqına ünvanlanıb: "Cənub Qaz Dəhlizi çərçivəsində TAP layihəsi Cənubi Avropanın enerji təhlükəsizliyinin formalaşmasına dəstək olacaq, eləcə də Bolqarıstan daxili şəbəkə vasitəsilə bu layihədən mavi qaz ala biləcək. Bu baxımdan Aİ mavi qaz nəqlində və ixracatında Azərbaycan üçün əsas tərəfdaş olacaq".

sia.az

Digər xəbərlər