PDF Oxu

İqtisadiyyat

  • 93

Bu il Goranboyda 5 min hektar sahədə pambıq əkiləcək

Bu il Goranboyda 5 min hektar sahədə pambıq əkiləcək

Prezident İlham Əliyevin ölkəmizdə pambıqçılığın inkişafına dair verdiyi tapşırıqlara uyğun olaraq, bu il Goranboy rayonunda 5 min hektar sahədə "ağ qızıl" əkiləcək.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu il pambıq əkiləcək sahələr ötən illə müqayisədə 3 min hektar çox olacaq.Həmçinin 2017-ci ildə rayonda əkiləcək pambığa görə istehsalçılar və emal müəssisələri arasında xam məhsulun istehsalı və alqı-satqısına dair 479 müqavilə bağlanıb. Müqavilə əsasında icarəyə götürülən 4 min hektar sahədən indiyədək 3 min 775 hekatrında şumlama işləri həyata keçirilib.Qeyd edək ki, zəngin pambıqçılıq ənənəsinə malik olan rayonda ötən il əkin sahələrinə lazımi aqrotexniki qulluq göstərilib və 3 min 573 ton məhsul yığılıb.

AZƏRTAC

Digər xəbərlər