PDF Oxu

İqtisadiyyat

  • 394

Zərdab: 700 hektardan çox əkin sahəsi normal suvarma suyu ilə təmin olunacaq

Zərdab: 700 hektardan çox əkin sahəsi normal suvarma suyu ilə təmin olunacaq

Zərdabın Əlvənd və Otmanoba kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 3,4 kilometr nov kanalları şüşə lifli novlarla əvəzlənir.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, nov kanalları Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə "Qarabağ-R" MMC tərəfindən çəkilir. Artıq 1,5 kilometr məsafədə işlər başa çatdırılıb. Yeni nov kanalı hər iki kənddə, ümumilikdə, 700 hektardan çox əkin sahəsinin normal su ilə təmin olunmasına imkan verəcək.Təmir-bərpa işlərinin may ayında yekunlaşdırılması nəzərdə tutulub.

AZƏRTAC

Digər xəbərlər