PDF Oxu

İqtisadiyyat

  • 797

Ağcabədidə heyvandarlıq məhsullarının istehsalı artıb

Ağcabədidə heyvandarlıq məhsullarının istehsalı artıb

Ağcabədi rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq uğurla inkişaf etdirilir. Heyvanların baş sayı və heyvandarlıq məhsulları istehsalı ilbəil yüksəlir.Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin əvvəlində təsərrüfatlarda 87 min 905 baş iribuynuzlu mal-qara, 330 min 797 baş qoyun-keçi, 320 min 891 baş quş, 1772 baş at, 1407 arı ailəsi olub. Keçən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1,1 faiz, o cümlədən inək və camışlar 3 faiz, qoyun-keçilərin sayı 0,1 faiz artıb.2016-cı ildə rayonda 10 min 857 ton ət, 101 min 287 ton süd, 1014 ton yun istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 0,7 faiz, süd istehsalı 13,7 faiz, yun istehsalı 1,2 faiz çoxalıb.Heyvandarlıq məhsullarının artımına heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük təsir göstərir. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalandırmaya xüsusi önəm verilir. Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, təkcə ötən il 5389 baş inək və düyə süni yolla mayalandırılıb, 2849 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən "Holştein-friz" və "Simmentarl" cinslərindən olan buğaların toxumları istifadə edilir.

AZƏRTAC

Digər xəbərlər